User:Lodzdeena/ABŞ tarixi 3

From Wikipedia, the free encyclopedia
ABŞ-nin müstəmləkə tarixi
1492–1783
"Samosetin zəvvarlar ilə görüşü" adlı kitabın üz qabığı
LocationABŞ
Key eventsŞimali Amerikanın kəşfi
Avropa müstəmləkəçiliyi
Yerli amerikan epidemiyaları
Jamestown
Atlantik qul ticarəti
Chronology
Kolumbaqədərki dövr Amerika inqilabı
-
ABŞ tarixi (1776-1789)

Amerika Birləşmiş Ştatlarının müstəmləkəçilik tarixi XVII əsrin əvvəllərindən On üç koloniyanın İnqilab müharibəsindən sonra ABŞ-yə qoşulmasına qədər Şimali Amerikanın Avropa tərəfindən müstəmləkə edilməsini əhatə edir. XVI əsrin sonlarında İngiltərə, Fransa, İspaniya və Yeddi Birləşmiş Əyalət Respublikası (Niderland) Şimali Amerikada böyük müstəmləkə səfərlərinə başladı. Ölüm nisbəti ilk köçənlər arasında çox yüksək idi. İngilislərin itkin koloniyası Roanoke kimi bəzi ilk cəhdlər tamamilə məhv edildi. Buna baxmayaraq bir neçə on il ərzində uğurlu koloniyalar quruldu.

Avropalı məskunlaşanlar macərapərəstlər, fermerlər, müqaviləli xidmətçilər, tacirlər və çox az sayda aristokratlar daxil olmaqla müxtəlif sosial və dini qruplardan gəlirdi. Məskunlaşanlar arasında Yeni Niderlanddan hollandlar, Yeni İsveçdən isveçlər və finlər, Pensilvaniya koloniyasından ingilis kvakerlər, Yeni İngiltərədən ingilis puritanlar, Maryland koloniyasından ingilis katoliklər və protestant nonkonformistlər, Georgia koloniyasından "dəyərli yoxsullar", orta Atlantik koloniyalarına yerləşən almanlar və Appalachian dağlarından ulster şotlandlar var idi. Bu qrupların hamısı 1776-cı ildə müstəqillik qazananda ABŞ-nin bir hissəsi oldu. Rus Amerikası ilə Yeni Fransa və Yeni İspaniyanın bəzi hissələri də daha sonra ABŞ-yə daxil edilmişdir. Müxtəlif yerlərdən gələn bu kolonistlər özlərinə xas sosial, dini, siyasi və iqtisadi tərzdə koloniyalar qurdular.

Vaxt keçdikcə Missisipi çayının şərqindəki qeyri-ingilis koloniyalar tutuldu və sakinlərin çoxu assimlasiya edildi. Lakin Yeni Şotlandiyada ingilislər fransız akadları qovdu və bir çoxu Luizianaya köçdü. On üç koloniyada vətəndaş müharibəsi baş vermədi. Əsas iki silahlı üsyan 1676-cı ildə Virciniyada və 1689-1691-ci illərdə Nyu-Yorkda uğursuz oldu. Bəzi koloniyalar qanuniləşdirilmiş köləlik sistemləri yaratdı. Bu sistemlər əsasən Atlantik kölə ticarəti ətrafında formalaşdı. Fransız və hindu müharibələri ərzində fransızlar və ingilislər arasında müharibələr təkrarlandı. 1760-cı ildə Fransa məğlub olmuşdu, koloniyalarını isə İngiltərə ələ keçirmişdi.

,Şərq sahilində dörd fərqli ingilis ərazisi Yeni İngiltərə, Orta koloniyalar, Chesapeake körfəzi koloniyaları (Yuxarı cənub) və Cənub koloniyaları (Aşağı cənub) idi. Bəzi tarixşünaslar heç vaxt ayrıca təşkil edilməmiş beşinci ərazi olan "Sərhəd"i də əlavə edirlər.

Kolonizasiyanın məqsədləri[edit]

Müstəmləkəçilər yüksək inkişaf etmiş hərbi, dənizçilik, hökumət və sahibkarlıq bacarıqları olan Avropa krallıqlarından gəlmişdi. İspan və portuqalların Rekonkista ərzində əsrlər boyunca əldə etdikləri fəth və müstəmləkəçilik təcrübəsi yeni okean gəmisi naviqasiya bacarıqları ilə birləşəndə Yeni dünyanı müstəmləkə etmək üçün lazımi vasitələri, bacarığı və arzunu təmin etdi. Bu səylər Casa de Contratación və Casa da India tərəfindən idarə edildi.

İngiltərə, Fransa və Niderland da Qərbi Hind adaları və Şimali Amerikada koloniyalar qurmuşdu. Okeana əlverişli gəmilər qurma bacarığına sahib idilər, lakin yad torpaqlarda portuqal və ispanlar qədər güclü müstəmləkələşdirmə təcrübəsinə malik deyildilər. Buna baxmayaraq ingilislər koloniyalarına dövlətin dəstəyinə çox az ehtiyac duyan ticarətə əsaslanan yatırım təmin etdilər.

Başlanğıcda koloniyalara aid məsələlər əsasən İngiltərə Xüsusi Şurası və onun komitələri tərəfindən ərsəyə gətirilirdi. Ticarət Komissiyası 1625-ci ildə koloniya (plantasiya) məsələləri haqqında tövsiyyələr verən ilk özəl orqan kimi qurulmuşdur. 1696-cı ildə Amerika inqilabının sonuna qədər müstəmləkə işləri dövlət katibliyi ilə ortaq şəkildə Ticarət Şurasının səlahiyyətində idi. 1768-cı ildə Cənub İdarəsi Dövlət Katibliyindən Koloniyalar Dövlət Katibliyinə keçdi.

Merkantilizm[edit]

Dini təqiblərdən azad olma[edit]

Erkən müstəmləkə uğursuzluqları[edit]

Yeni İspaniya[edit]

Florida[edit]

Arizona və Nyu-Meksika[edit]

Kaliforniya[edit]

Porto-Riko[edit]

Yeni Fransa[edit]

Pays d'en Haut[edit]

İllinois ölkəsi[edit]

Luiziana[edit]

Yeni Niderland[edit]

Yeni İsveç[edit]

Rus koloniyaları[edit]

İngilis koloniyaları[edit]

Chesapeake körfəzi ərazisi[edit]

Virciniya[edit]

Yeni İngiltərə[edit]

Puritanlar[edit]

Digər Yeni İngiltərə[edit]

Yeni İngiltərənin dominionu[edit]

Orta koloniyalar[edit]

Cənub[edit]

Chesapeake cəmiyyəti[edit]

Karolinalılar[edit]

Corciya[edit]

Şərqi və Qərbi Florida[edit]

Britaniya koloniyalarının birləşməsi[edit]

Müstəmləkə müharibələri[edit]

Fransız və hindu müharibəsi[edit]

Britaniya imperiyası ilə əlaqələr[edit]

Atlantik dünyası[edit]

Artan narazılıq və Amerika inqilabı[edit]

Müstəmləkəçiliyin təsirləri[edit]

Müstəmləkə həyatı[edit]

Britaniya müstəmləkə hökuməti[edit]

Siyasi mədəniyyət[edit]

Tibbi şərtlər[edit]

Din[edit]

Böyük oyanış[edit]

Qadınların rolu[edit]

Quldarlıq[edit]

Şəhər həyatı[edit]

Yeni İngiltərə[edit]

Ferma və ailə həyatı[edit]

Yaşayış yerləri və maddi mədəniyyət[edit]

Şəhər həyatı[edit]

Mədəniyyət və təhsil[edit]

Din[edit]

Delaver vadisi və Orta Atlantik regionu[edit]

Həyat yolları[edit]

Əkinçilik[edit]

Dəniz limanları[edit]

Cənub koloniyaları[edit]

Cənubda qadınlar[edit]